Müasir tikinti şirkətləri müştərilərin komfort və rahatlığını nəzərə alaraq, həmçinin, həyata keçirdikləri tikinti layihələrini istehsal etdikləri yüksək keyfiyyətli mebel və aksesuarlarla da təmin edirlər.
“Karabakh Group” da məhz həmin şirkətlərdəndir.
Mebel istehsalı texnologiyalarının inkişafı yüksək səviyyəli mebel, həmçinin yumşaq mebel sahəsinin də daim inkişafda olmasını tələb edir. Tikinti layihələndirmələrində bütün bu müasir tendensiyaları nəzərə alaraq
“Karabakh Group” Rəsul Zeynalov və komandasını öz peşəkar heyətinə cəlb etmişdir.
Rəsul Zeynalov mebel istehsalı sahəsində 10 ildən artıq böyük təcrübəyə malik olan mütəxəssisdir; işləri dünya mebel sənayesində lider mövqe tutan Almaniyanın
“Hettich” ve Avstriyanın
“Blum” şirkətlərinin aksesuarlarından istifadə edərək mebel istehsalı prinsiplərinə əsaslanır.
İş karyerası ərzində
“Teka”, “Arsenal Group” və
“Aristo” kimi şirkətlərlə əməkdaşlığı Rəsul Zeynalovun mütəxəssisliyinin və iş tərəfdaşları tərəfindən qazandığı yüksək etimadın göstəricisidir.
Üzərində iş apardığı layihələr proqram təminatı və geniş çeşidli istehsal avadanlıqlarının təchizatı ilə həyata keçirilmişdir. Bunlara DSP və MDF kəsmə mərkəzi, frez üçün CNC dəzgahlar və boya üçün xüsusi boya mərkəzi, eləcə də, digər köməkçi avadanlıqlar daxildir.
Mütəxəssisimiz öz komandası ilə ən yüksək keyfiyyətli məhsullar və ən müasir avadanlıqlarla müştərilərin ehtiyaclarına uyğun olaraq istənilən mebel ve yumşaq mebellərin hazırlanmasını təşkil etməkdə, hər bir müştəriyə material və aksesuarların ISO sertifikatını təqdim edərək, məhsulun keyfiyyətini bir daha çatdırmaqdadır.
Mebel və məişət avadanlıqları ilə təmin olunmuş layihələr:
- Gəncə və Şəmkir şəhərləri ərazisində tikilən “MADO” restoranı
- “MilliÖn” Baş ofisi
- Encotec MMC
- “ATA Bank”ın “28 May” filialı
- “BP”nin Yevlax ve Səngəçal terminallarının nəzdində ofislər
- “Park Azure”-da bir çox mənzil
- “Flame Towers”-də bir çox mənzil
- “Yeni Hayat Plaza”- da bir çox mənzil
- “Resttime” restoranı
- Dentopia Dental Esthetic Center
“Karabakh Group”un mebel
“showroom”-unun ünvanı:
Azərbaycan, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 117